EduTime

Turkiyedetehsil ukraynadatehsil

Lazimi sənədlər

Türkiyədə Bakalavr təhsili almaq istəyənlər üçün lazım olan sənədlər aşağıdakılardır .

 

  • Attestat – Attestat bütün hallarda lazım olur, lakin Azərbaycanda bəzi hallarda 11 – ci sinifi yeni bitirən tələbələrə Attestatla gec hazırlanıb verlir buna görədə həmin qəbul ilində bəzi universtetləri itirə bilirlər, qəbul prosesini attestatsız aparmaq üçün müraciət edən şəxs orta məktəbə müraciət edib həqiqətən 11 ci sinif şagirdi olmasına və məktəbu bu il bitirəcəyinə dair arayış almalıdır.

 

  • Transcript – (Transkript) Bu sənədi siz məktəb drektoruna müraciət etməklə ala bilərsiniz, 11-ci sinifi hansı məktəbdə bitirmisinizsə ora müraciət edib ala bilərsiniz bu sənədə 9,10 və 11 ci siniflərin il sonu qiymət çıxarışı yazılır, adətən bu sənədi 9-un qiymətlərin şəhadətnamədən 11-ci sinifin qiymətin attestatdan 10-cu sinifi isə arxivdən yazırlar. (QEYD: 11-ci sinifi tam bitirməyən tələbələr yalnız 9 və 10-cu sinifin qiymətləri ilə müraciət etməlidir.

 

  • Xarici Pasport – Xarici pasport xarici universtetlərə qəbul üçün əsas sənədlərdən sayıla bilər əsasəndə oğlan uşaqları xarici pasport olmadan universtetə qəbul olsa belə, qəbul haqqında arayışı götürmək üçün universtetə getməlidir buna görədə (Hərbi Xidmət Problemi) nə olkədən çıxa biləcək nədə vayinkomat ona möhlət hüququ vermiyəcək. (Oğlan uşaqları mümkün qədər tez xarici pasport almalıdır, Əks halda ağ biletdə möhlət hüququ olmayan 18 yaşlı vətəndaşlara xarici pasport düşmür)

 

  • Şəkil – Şəkillər universtetin və ölkənin qaydalarına görə dəyişir, Türkiyədə təhsil üçün 8 ədə 3×4 və 8 ədəd 4,5×6 ölçüdə fotoşəkil lazımdır. Ukraynada təhsil üçün 8 ədə 3×4 ölçüdə fotoşəkil lazımdır.

 

  • 18 yaş tamam olmayıbsa Əgər xaricdə təhsil almaq istəyən şəxsin 18 yaşı tamam olmayıbsa o zaman notariusdan ona ölkədən çıxış üçün ata və ananın razılıq ərizəsinin alması lazımdır.  (Bu zaman ata və ana notariusa birgə yaxınlaşmalı və övladlarının çıxmasına razılıq ərizəsi verməlidir (Özünu özünə etibar edərək).

 

Ünvan :  Bakı şəhəri Səbail rayonu Məmməd Əfəndiyev küçəsi 6 (İçərişəhər M.F.Axdundov  bağının yanı)

Əlaqə nömrələrmiz :
Mobil :  +994 77 559 87 03   /   +994 77 723 20 23
WhatsApp :  +994 55 443 66 19
E-mail :  info@edutime.com.az

Bizi sosial şəbəkələrdə paylaş

Share to Facebook