EduTime

Turkiyedetehsil ukraynadatehsil

Türkiyədə Təhsil

 

Türkiyədə Universitetlər bizdə olduğu kimi 2 yerə bölünür .  Dövlət Universitetləri və Özəl Universitetləri .  Universitetlərin hər birinin öz qəbul şərtləri var  Atesttat ,  YÖS və SAT imtahanları ilə qəbul edirlər .

Bakalavr təhsili Türkiyədə 4 ildir .  Dil nəticəsi olmayanlar əlavə olaraq 1 il hazırlık kursu keçirlər . Türkiyədə 172 Universitet mövcuddur .  Bunlardan 105 – i Dövlət Universiteti ,  61 – i Özəl Universitet , 6 -sı Kollecdir .

Türkiyədə qəbul üçün aşağıdakı imtahanlar nəticələrindən biri lazımdır .

SAT –  demək olar bütün universitet SAT imtahanı ilə qəbulu təşkil edir . Belə ki prestijli Türkiyə Universitetlərinə qəbul olmaq üçün SAT imtahan vermək lazımdır . Bu daha çox ingilis dili proqramlarına aiddir .

TQDK  –   YÖS imtahanı keçirməyən Universitetlər TQDK balı ilə qəbul edir . Normal bir Universitetdə oxumaq üçün TQDK balı 350 – 500 Bal arası .  Türkiyənin Yüksək Universitetlərində oxumağ üçün isə 600 – 700 bal arası lazımdır ( Boğaziçi Universiteti ,  OTDÜ  və s göstərmək olar)

YÖS  – Bu imtahan son 2 ildə artıq ümumi imtahan deyil , daha çox bəzi Universitetlərin öz nəznində keçirdiyi bir imtahandır . YÖS imtahaninda iştirak etmək istəyənlər bir başa Universitetlə əlaqə yaradıb Qeydiyyatdan keçib Universitetin öz tərkibində yaxud seçilmiş mərkəzlərində birində verə bilər .

ATESTTAT –  Türkiyədə Təhsil almanın ən asan yoluda bəs 11ci sinif ATESTTATıdır .  Türkiyədə 30 -çox Dövlət Universiteti var ki heç bir imtahan tələb etmədən sadəcə Atesttat təqdim etməklə qəbul olub oxuya bilərsiniz .

Türkiyədə qəbul üçün lazım olan sənədlər

1.  ATESTTAT  –  Atesttat bütün hallarda lazım olur , lazin Azərbaycanda bəzi hallarda 11ci sinifi bitirən şagirdlərə Atesttat gec verilir. Belə olan halda Orta məktəbə müraciət edərək bitirməyiniz haqqıda arayış alıb təqdim edirsiniz .

2.  QİYMƏT CƏDVƏLİ  –  (Transkript) Bu sənədi siz məktəb drektoruna müraciət etməklə ala bilərsiniz, 11-ci sinifi hansı məktəbdə bitirmisinizsə ora müraciət edib ala bilərsiniz bu sənədə 9,10 və 11 ci siniflərin il sonu qiymət çıxarışı yazılır, adətən bu sənədi 9-un qiymətlərin şəhadətnamədən 11-ci sinifin qiymətin attestatdan 10-cu sinifi isə arxivdən yazırlar. (QEYD: 11-ci sinifi tam bitirməyən tələbələr yalnız 9 və 10-cu sinifin qiymətləri ilə müraciət etməlidir.

3.  XARİCİ PASPORT – Xarici pasport xarici universtetlərə qəbul üçün əsas sənədlərdən sayıla bilər əsasəndə oğlan uşaqları xarici pasport olmadan universtetə qəbul olsa belə, qəbul haqqında arayışı götürmək üçün universtetə getməlidir buna görədə (Hərbi Xidmət Problemi) nə olkədən çıxa biləcək nədə vayinkomat ona möhlət hüququ vermiyəcək. (Oğlan uşaqları mümkün qədər tez xarici pasport almalıdır, Əks halda ağ biletdə möhlət hüququ olmayan 18 yaşlı vətəndaşlara xarici pasport düşmür)

4.  FOTO ŞƏKİL  –  Şəkillər universtetin və ölkənin qaydalarına görə dəyişir, Türkiyədə təhsil üçün 8 ədə 3×4 və 8 ədəd 4,5×6 ölçüdə fotoşəkil lazımdır. Ukraynada təhsil üçün 8 ədə 3×4 ölçüdə fotoşəkil lazımdır.

5. 18 YAŞI TAMAM OLMAYIBSA   –   Əgər xaricdə təhsil almaq istəyən şəxsin 18 yaşı tamam olmayıbsa o zaman notariusdan ona ölkədən çıxış üçün ata və ananın razılıq ərizəsinin alması lazımdır.  (Bu zaman ata və ana notariusa birgə yaxınlaşmalı və övladlarının çıxmasına razılıq ərizəsi verməlidir (Özünu özünə etibar edərək).

Türkiyədə Dövlət Universitetlərin illik təhsil haqqı   250 – 2000 AZN arası dəyişir , bu İxtisasdan və Universitet asılı olaraq dəyişir .  Özəl Universitetin illik təhsil haqqı 3000 – 25.000 USD arası dəyişir , Universitetdən və İxtisasdan asılı olaraq dəyişir .

Türkiyədə yaşam xərci hər şəhərdə fərqli ferqlidir . Türkiyədə bir tələbənin normal yaşam xərci 250 – 350 AZN arası dəyişir ,  amma böyük şəhərlərdə  yaşam xərci  400 – 600 AZN arası dəyişir (İstanbul , Ankara , İzmir , və s) .

Bizimlə əlaqə :

Ünvan :  İçərişəhər Axundov Bağı yanı

Mobil : +994 77 559 87 03   ,  +994 77 723 20 23

WhatsApp :  +994 55 443 66 19

Bizi sosial şəbəkələrdə paylaş

Share to Facebook